XƏBƏR LENTİ Archives - Paraqraf.com https://paraqraf.com/category/xeber-lenti/ Thu, 23 Apr 2026 12:13:02 +0000 az hourly 1 https://paraqraf.com/wp-content/uploads/2025/09/cropped-9-1-32x32.png XƏBƏR LENTİ Archives - Paraqraf.com https://paraqraf.com/category/xeber-lenti/ 32 32 188664155 Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” https://paraqraf.com/2026/04/23/eld%c9%99niz-emirov-az%c9%99rbaycan-istehlakcisi-cox-yemir-bahali-yeyir/ Thu, 23 Apr 2026 12:12:22 +0000 https://paraqraf.com/?p=37120 PAYLAŞIN:Azərbaycan əhalisi vəsaitlərinin yarıdan çoxunu ərzaq məhsullarına xərcləyir. Belə ki, 2026-cı ilin yanvar–mart aylarında əhali pərakəndə ticarət şəbəkəsində

The post Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” appeared first on Paraqraf.com.

The post Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycan əhalisi vəsaitlərinin yarıdan çoxunu ərzaq məhsullarına xərcləyir. Belə ki, 2026-cı ilin yanvar–mart aylarında əhali pərakəndə ticarət şəbəkəsində 15,9 milyard manatdan çox vəsait sərf edib. Həmin məbləğin 8 milyard 774,9 milyon manatı, yəni 50,4 faizi ərzaq məhsullarının payına düşür. Bu, əhalinin gəlirlərinin yarısından çoxunun birbaşa gündəlik ərzaq ehtiyaclarına xərcləndiyini göstərir.

Əhali niyə ərzağa bu qədər pul xərcləyir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Paraqraf.com”a açıqlamasında bildirib ki, əhalinin ərzaq xərclərinin yüksək paya malik olması təkcə gəlir səviyyəsi ilə deyil, eyni zamanda bazarda formalaşan qiymətlərlə də sıx bağlıdır:

“Əhalinin gəlirləri ilə ərzağa xərclədiyi vəsait arasındakı əlaqə iqtisadiyyatda Engel qanunu ilə izah olunur; bu qanuna əsasən, gəlir artdıqca ərzağa ayrılan vəsaitin ümumi gəlirdəki payı (xüsusi çəkisi) azalır. Yəni yüksək gəlirli insanlar daha az yemir, sadəcə büdcələrində qida xərclərinin faizi aşağı olur. Məsələn, aylıq 500 AZN gəliri olan şəxs gəlirinin təxminən 70%-ni ərzağa sərf etdiyi halda, 5000 AZN gəliri olan şəxs bu qədər yüksək pay ayırmır, çünki əlavə gəlir daha çox qeyri-ərzaq sahələrinə yönəlir. Bu meyl ölkələr üzrə də müşahidə olunur: yüksək gəlirli ölkələrdə ərzaq xərcləri ümumi gəlirin təxminən 15–20%-ni təşkil etdiyi halda, aşağı gəlirli ölkələrdə bu göstərici 70–80%-ə çatır, Azərbaycanda isə orta hesabla 54% civarındadır”.

O qeyd edib ki, bu məsələni şərtləndirən digər mühüm amillərdən biri də ərzaq istehlakının strukturunda qiymətlərin roludur:

“Azərbaycanda istehlakçılar daha çox yeməkdən deyil, nisbətən bahalı məhsullar istehlak etməkdən dolayı yüksək xərclərlə üzləşirlər. Ölkənin idxaldan asılılığı isə ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur və nəticədə əhalinin büdcəsində ərzaq xərclərinin payı yüksəlir”.

Nigar Rüstəmzadə

Paraqraf.com

Loading

The post Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” appeared first on Paraqraf.com.

The post Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” appeared first on Paraqraf.com.

]]>
37120
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb https://paraqraf.com/2026/04/23/dovl%c9%99t-xidm%c9%99tinin-4-rayon-sob%c9%99sind%c9%99-rusv%c9%99tl%c9%99-bagli-%c9%99m%c9%99liyyat-kecirilib-v%c9%99zif%c9%99li-s%c9%99xsl%c9%99r-saxlanilib/ Thu, 23 Apr 2026 12:05:52 +0000 https://paraqraf.com/?p=37116 PAYLAŞIN:Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş,

The post Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb appeared first on Paraqraf.com.

The post Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon, Saatlı rayon şöbələrində əməliyyatlar keçirilib.

Paraqraf.com-un xəbərinə görə, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.

Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Paraqraf.com 

Loading

The post Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb appeared first on Paraqraf.com.

The post Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb appeared first on Paraqraf.com.

]]>
37116
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər https://paraqraf.com/2026/04/23/tdt-olk%c9%99l%c9%99ri-turk-dunyasina-yasil-baxis-konsepsiyasini-d%c9%99st%c9%99kl%c9%99yibl%c9%99r/ Thu, 23 Apr 2026 12:02:36 +0000 https://paraqraf.com/?p=37112 PAYLAŞIN:Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ətraf mühit və ekologiya üzrə nazirlərinin İkinci görüşü keçirilib. Bu barədə

The post TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər appeared first on Paraqraf.com.

The post TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ətraf mühit və ekologiya üzrə nazirlərinin İkinci görüşü keçirilib.

Bu barədə Paraqraf.com Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın nümayəndələri, TDT-nin baş katibi Kubanıçbek Ömuralıyev və təşkilatın müşahidəçi ölkələri iştirak ediblər.

Görüş zamanı qeyd olunub ki, türk ölkələri iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və Aral dənizinin qurumasının fəsadları daxil olmaqla ümumi ekoloji çağırışlarla üzləşirlər. Bununla əlaqədar olaraq hərəkətlərin əlaqələndirilməsinin və praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev bildirib ki, dayanıqlı inkişafa, yaşıl transformasiyaya və iqlim dəyişikliyinə uyğunlaşmağa yönəlmiş “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyası xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Qazaxıstan bioloji müxtəlifliyin qorunması, yaşıllaşdırma və ekosistemlərin bərpası üzrə təşəbbüslərin inkişafı, həmçinin tullantıların dayanıqlı idarə edilməsi daxil olmaqla bir sıra prioritet istiqamətlər üzrə birgə işə diqqət yetirməyi təklif edir.

Görüş çərçivəsində Mərkəzi Asiya ölkələrinin biomüxtəlifliyin qorunması sahəsində əməkdaşlığına dair əvvəllər imzalanmış “Regionun dayanıqlı inkişafı naminə təbiətlə harmoniya” adlı regional bəyannamə qeyd edilib. Qazaxıstan Azərbaycan və Türkiyəni bu təşəbbüsə qoşulmağa dəvət edib.

Həmçinin bildirilir ki, Qazaxıstan yaşıllaşdırma üzrə genişmiqyaslı proqramlar həyata keçirir – 2021-ci ildən bəri ölkədə 1 milyard 648 milyondan çox ağac əkilib, 2027-ci ilə qədər isə bu göstəricinin 2 milyarda çatdırılması planlaşdırılır.

Bundan əlavə, respublika 2030-cu ilə qədər istixana qazı tullantılarının 15% azaldılması, 2035-ci ilə qədər isə bu rəqəmin mümkün 17%-ə qədər artırılması daxil olmaqla, Paris Sazişi çərçivəsində beynəlxalq iqlim öhdəliklərinə sadiqliyini təsdiqləyir.

Dairəvi iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilib. Xüsusən də, 2025-ci ilin sonunda Qazaxıstanda tullantılara resurs kimi baxılan modelə keçidi nəzərdə tutan 2026–2030-cu illər üçün tullantıların idarə edilməsi konsepsiyası təsdiq edilib.

Görüşün yekunlarına əsasən TDT ölkələrinin ekologiya nazirlərinin Bəyannaməsi imzalanıb.

Paraqraf.com 

Loading

The post TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər appeared first on Paraqraf.com.

The post TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər appeared first on Paraqraf.com.

]]>
37112
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub https://paraqraf.com/2026/04/23/bu-ilin-birinci-rubund%c9%99-bas-ver%c9%99n-avtoq%c9%99zalarda-140-n%c9%99f%c9%99r-h%c9%99lak-olub/ Thu, 23 Apr 2026 12:01:13 +0000 https://paraqraf.com/?p=37108 PAYLAŞIN:Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında baş verən avtoqəzalarda 140 nəfər həlak olub. Paraqraf.com xəbər verir ki, bu barədə

The post Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub appeared first on Paraqraf.com.

The post Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında baş verən avtoqəzalarda 140 nəfər həlak olub.

Paraqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında 252 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 319 nəfər zərər çəkib. Onlardan 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib. Bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,7 faizini, yaralananların isə 71,5 faizini kişilər təşkil edib.

Paraqraf.com 

Loading

The post Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub appeared first on Paraqraf.com.

The post Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub appeared first on Paraqraf.com.

]]>
37108
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib https://paraqraf.com/2026/04/23/az%c9%99rbaycan-voleybol-yigmalarinin-avropa-liqasinda-oyun-c%c9%99dv%c9%99li-mu%c9%99yy%c9%99nl%c9%99sib/ Thu, 23 Apr 2026 11:59:41 +0000 https://paraqraf.com/?p=37104 PAYLAŞIN:Azərbaycanın voleybol üzrə milli komandalarının Avropa Liqasındakı oyun təqvimi açıqlanıb. Paraqraf.com xəbər verir ki, həm qadın, həm də

The post Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib appeared first on Paraqraf.com.

The post Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycanın voleybol üzrə milli komandalarının Avropa Liqasındakı oyun təqvimi açıqlanıb.

Paraqraf.com xəbər verir ki, həm qadın, həm də kişilərdən ibarət yığmalar iyunda müxtəlif ölkələrdə keçiriləcək mərhələlərdə qüvvələrini sınayacaqlar.

Komandalar turnirə səfər oyunları ilə start verəcəklər.

Qadınlar

5–7 iyun 2026 (Azərbaycan)

05.06.2026 – 18:00 | İsveç – Azərbaycan

06.06.2026 – 18:00 | Estoniya – İsveç

07.06.2026 – 18:00 | Azərbaycan – Estoniya

12–14 iyun 2026 (İspaniya)

12.06.2026 – 19:30 | Şimali Makedoniya – İspaniya

13.06.2026 – 18:30 | Azərbaycan – Şimali Makedoniya

14.06.2026 – 18:00 | İspaniya – Azərbaycan

19–21 iyun 2026 (Şimali Makedoniya)

19.06.2026 – 18:00 | Azərbaycan – İsrail

20.06.2026 – 18:00 | İsveçrə – Azərbaycan

21.06.2026 – 18:00 | İsrail – İsveçrə

Kişilər

5–7 iyun 2026 (İsveç)

05.06.2026 – 18:00 | Yunanıstan – İsveç

06.06.2026 – 16:00 | Azərbaycan – Yunanıstan

07.06.2026 – 16:00 | İsveç – Azərbaycan

12–14 iyun 2026 (Rumıniya)

12.06.2026 – 19:00 | Azərbaycan – Rumıniya

13.06.2026 – 19:00 | İspaniya – Azərbaycan

14.06.2026 – 19:00 | Rumıniya – İspaniya

19–21 iyun 2026 (Azərbaycan)

19.06.2026 – 18:00 | Macarıstan – Azərbaycan

20.06.2026 – 18:00 | Portuqaliya – Macarıstan

21.06.2026 – 18:00 | Azərbaycan – Portuqaliya

Paraqraf.com 

Loading

The post Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib appeared first on Paraqraf.com.

The post Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib appeared first on Paraqraf.com.

]]>
37104
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək https://paraqraf.com/2026/04/23/az%c9%99rbaycani-almaniyada-keciril%c9%99c%c9%99k-avropa-kubokunda-39-cudocu-t%c9%99msil-ed%c9%99c%c9%99k/ Thu, 23 Apr 2026 11:58:40 +0000 https://paraqraf.com/?p=37100 PAYLAŞIN:Azərbaycanı Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib. Paraqraf.com Azərbaycan Cüdo Federasiyasına (ACF)

The post Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək appeared first on Paraqraf.com.

The post Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycanı Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib.

Paraqraf.com Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJF) təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 39 cüdoçu (20 oğlan, 19 qız) ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət komandaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Yarışın ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, B kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.

Oğlanlar

50 kq

Nihad Ağayev

55 kq

Rza Xəlilli

Fərid Xudiyev

İbrahim Talıbov

60 kq

Mehman Əsgərov

Mikayıl Qocayev

66 kq

Sənan Piriyev

İlkin Qarayev

Elgün Səfərov

73 kq

Sadiq Məmmədov

Kənan Rəhimov

Yusuf Nəzər

81 kq

Yaqub Məmmədov

Polad Həsənli

Amin Mehdiyev

Ayxan Həsənli

90 kq

Ömər Axundov

Nurəddin Əliyev

+90 kq

Tamerlan Əliyev

Ruslan Kazımov

Qızlar

40 kq

Sunay Salamova

Zəhra Quliyeva

44 kq

Nigar Heydərzadə

Pərvin Sevxanlı

Fatimə Abdullayeva

48 kq

Səkinə Zeynalova

Könül Eyvazlı

52 kq

Tövsiyyə Babayeva

Nərmin Ağamirzəzadə

57 kq

Gülnaz Məmmədtağıyeva

Səma Vəlizadə

Yağmur Əhmədzadə

Səmayə Yusifli

63 kq

Nəzakət Vəliyeva

Türkan Məmmədli

Zilan Hüseynli

70 kq

Rəna Əhmədova

Məsumə Məmmədli

+70 kq

Zemfira Əliyeva

Qeyd edək ki, aprelin 25-26-da təşkil olunacaq turnirdə ümumilikdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq.

Paraqraf.com 

Loading

The post Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək appeared first on Paraqraf.com.

The post Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək appeared first on Paraqraf.com.

]]>
37100
Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur https://paraqraf.com/2026/04/23/pasinyan-erm%c9%99nistan-yuk-masinlarinin-rusiyaya-girisin%c9%99-qadaga-bar%c9%99d%c9%99-r%c9%99smi-m%c9%99lumat-yoxdur/ Thu, 23 Apr 2026 11:56:34 +0000 https://paraqraf.com/?p=37096 PAYLAŞIN:Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının ölkəyə girişinə mane

The post Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur appeared first on Paraqraf.com.

The post Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının ölkəyə girişinə mane olması barədə qərar qəbul etməsi haqqında heç bir məlumatı yoxdur.

Paraqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Ən azından, hazırkı məqamda bizdə belə bir rəsmi məlumat yoxdur”, – o deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) danışan Paşinyan bir daha vurğulayıb ki, Ermənistan bu struktur çərçivəsində fəaliyyətini aktivləşdirmək üçün addımlar atmaq niyyətində deyil.

“Biz de-yure və yekun olaraq KTMT-dən çıxacağıq, yoxsa yox – bu, başqa məsələdir, deyə bilmərəm, vəziyyətdən asılı olaraq hərəkət edəcəyik”, – o əlavə edib.

Paraqraf.com 

Loading

The post Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur appeared first on Paraqraf.com.

The post Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur appeared first on Paraqraf.com.

]]>
37096
Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq https://paraqraf.com/2026/04/23/az%c9%99rbaycan-xin-turkiy%c9%99-il%c9%99-ortaq-d%c9%99y%c9%99rl%c9%99miz-g%c9%99l%c9%99c%c9%99k-n%c9%99sill%c9%99r%c9%99-d%c9%99-h%c9%99mr%c9%99ylik-ruhu-asilayacaq/ Thu, 23 Apr 2026 11:55:04 +0000 https://paraqraf.com/?p=37092 PAYLAŞIN:Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib. Paraqraf.com xəbər

The post Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq appeared first on Paraqraf.com.

The post Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

Paraqraf.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında post paylaşıb.

“23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə qardaş Türkiyəni səmimi qəlbdən təbrik edirik. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uşaqlara bəxş etdiyi bu gün sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən qardaşlıq və strateji müttəfiqlik münasibətləri bu kimi dəyərlər üzərində daha da güclənir. Əminik ki, ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz gələcək nəsillərə də eyni birlik və həmrəylik ruhunu aşılayacaq. Bu əziz gündə qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq. Bayramınız mübarək!” – paylaşımda qeyd olunub.

Paraqraf.com 

Loading

The post Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq appeared first on Paraqraf.com.

The post Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq appeared first on Paraqraf.com.

]]>
37092
İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq https://paraqraf.com/2026/04/23/indoneziya-rusiyadan-150-milyon-barel-neft-alacaq/ Thu, 23 Apr 2026 11:53:41 +0000 https://paraqraf.com/?p=37088 PAYLAŞIN:İndoneziya xüsusi qiymətə 150 milyon barel Rusiya neftinin tədarükü barədə bu ölkə ilə razılığa gəlib. Paraqraf.com xəbər verir

The post İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq appeared first on Paraqraf.com.

The post İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

İndoneziya xüsusi qiymətə 150 milyon barel Rusiya neftinin tədarükü barədə bu ölkə ilə razılığa gəlib.

Paraqraf.com xəbər verir ki, bu barədə Cakartanın energetika və ətraf mühit üzrə xüsusi elçisi Haşim Cocohadikusumoya istinadən İndoneziyanın həftəlik “Tempo” nəşri yazır.

Onun sözlərinə görə, saziş İndoneziyaya potensial iqtisadi sarsıntılar halında nefti ölkə daxilində bufer kimi saxlamağa imkan verəcək.

“İndoneziya Rusiya hökumətindən iqtisadi tərəddüdləri gözləyərkən saxlaya biləcəyimiz 150 milyon barel neftin verilməsi barədə öhdəlik alıb”, – Cocohadikusumo bildirib.

Onun sözlərinə görə, belə bir razılıq İndoneziya prezidentinin aprelin 13-də Rusiya Federasiyasına səfəri zamanı əldə olunub.

Cocohadikusumo əlavə edib ki, Rusiya endirimli qiymətlə 100 milyon barel nefti operativ şəkildə tədarük etməyə razılaşıb. Əgər İndoneziyaya əlavə həcmlər lazım olarsa, o zaman Moskva daha 50 milyon barel təqdim etməyi öhdəsinə götürüb.

Daha əvvəl energetika və mineral ehtiyatlar naziri Bahlil Lahadaliya İndoneziyanın artıq 2026-cı ilin aprelində Rusiyadan neft idxalını almağa başlamağı planlaşdırdığını bildirmişdi.

İndoneziyanın Rusiyadan təcili neft alması zərurəti Hörmüz boğazı ətrafındakı böhranla əlaqədar yaranıb.

Paraqraf.com 

Loading

The post İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq appeared first on Paraqraf.com.

The post İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq appeared first on Paraqraf.com.

]]>
37088
Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb https://paraqraf.com/2026/04/23/danimarkada-qatarlarin-toqqusmasi-n%c9%99tic%c9%99sind%c9%99-17-n%c9%99f%c9%99r-x%c9%99sar%c9%99t-alib/ Thu, 23 Apr 2026 11:51:38 +0000 https://paraqraf.com/?p=37085 PAYLAŞIN:Danimarkada iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Paraqraf.com xəbər verir ki, bu

The post Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb appeared first on Paraqraf.com.

The post Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Danimarkada iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Paraqraf.com xəbər verir ki, bu barədə BT nəşri təcili xidmətlərə istinadən xəbər verir.

“Kaqerup yaxınlığında baş verən dəmir yolu qəzasından sonra dörd nəfərin vəziyyəti ağırdır”, – açıqlamada deyilir.

Xəsarət alanlara zəruri tibbi yardım göstərilir.

Öz növbəsində, İsveçin baş naziri Ulf Kristersson hadisə ilə əlaqədar Danimarkaya dəstək göstərməyə hazır olduğunu bildirib.

“Bu səhər Danimarkanın baş naziri Mette Frederiksen ilə əlaqə saxladım və faciəli dəmir yolu qəzasının nəticələrinin aradan qaldırılmasında İsveçin köməyini təklif etdim”, – o, SVT News üçün şərhində deyib.

37085