Skip to content
12 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Uşağa tərbiyə məqsədilə zorakılıq göstərən şəxs cərimə olunacaq

Uşağa tərbiyə məqsədilə zorakılıq göstərən şəxs cərimə olunacaq

admin 12 Mart 2026 3 minutes read
TU7AZQbeU4tdKLxYp1xzRMgwoGeYPlksxXsPPfHl_1200
PAYLAŞIN:

Uşağı tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunacaq.

Paraqraf.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq.

Bundan başqa dəyişikliyə əsasən, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq.

Layihəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan başqa, təklifə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda dilənçiliyə görə cəzalar tətbiq ediləcək
Next: UEFA Çempionlar Liqası: “Real” və PSJ qalib gəlib

OXŞAR MÖVZULAR

v4zE9hKgn1NiD6Vt1HC99YcBKUNoPux0ltRbzeag_1200

Azərbaycanda dilənçiliyə görə cəzalar tətbiq ediləcək

admin 12 Mart 2026
a3bfb5e3-e96c-345a-98fc-655b44b4735b_1200

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

admin 12 Mart 2026
hava yagmursuz azvision

Sabah Bakıda hava yağmursuz olacaq

admin 12 Mart 2026

XƏBƏR LENTİ

Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun son oyunları keçiriləcək pKwTUB2ypykd8olPdQH89Q6JOWTAccubZmRiMIyy_1200

Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun son oyunları keçiriləcək

12 Mart 2026
Azərbaycan Basketbol Liqasında XIX turun oyunlarına start verilir 098977aa-e8ef-367f-ac27-9f2105a1a93d_1200

Azərbaycan Basketbol Liqasında XIX turun oyunlarına start verilir

12 Mart 2026
U-23 Avropa çempionatında Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulur 05ad6e24-60e1-388e-b903-55a208cff808_1200

U-23 Avropa çempionatında Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulur

12 Mart 2026
Enerjidən siyasətə: “Avropa ilə Azərbaycanın münasibətləri yeni mərhələdə” IMG-20260312-WA0006

Enerjidən siyasətə: “Avropa ilə Azərbaycanın münasibətləri yeni mərhələdə”

12 Mart 2026
UEFA Çempionlar Liqası: “Real” və PSJ qalib gəlib g99jTRHnt2MFpyes0GXAScHvhCfYv2bTGOVgRmIU_1200 (1)

UEFA Çempionlar Liqası: “Real” və PSJ qalib gəlib

12 Mart 2026
Uşağa tərbiyə məqsədilə zorakılıq göstərən şəxs cərimə olunacaq TU7AZQbeU4tdKLxYp1xzRMgwoGeYPlksxXsPPfHl_1200

Uşağa tərbiyə məqsədilə zorakılıq göstərən şəxs cərimə olunacaq

12 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.